...

Əli Əliyev: "Vətəndaş və İnkişaf Partiyasının təsis qurultayına geniş tərkibdə qonaqlar dəvət olunmayacaq"

Siyasət Materials 16 May 2006 12:06 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyasının (VİP) təsis qurultayı mayın 28-də Azərbaycaycan Demokrat Partiyasının (ADP) qərargahında keçiriləcək. Bu barədə Trend ə VİP sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, partiyanın təsis qurultayını iyunun 4-ə planlaşdırmışdılar: "Lakin qurultaya hazırlıqla bağlı bütün işlərimiz yekunlaşdığından qərara gəldik ki, qurultayı mayın 28-də keçirək". Ə.Əliyev onu da bildirib ki, qurultayı keçirmək üçün paytaxtın müxtəlif mədəniyyət saraylarına müraciətlər ediblər: "Lakin bəzilərinin icarə haqları yüksək olduğundan, bəziləri isə təmirə dayandığından qərara gəldik ki, qurultayımızı müttəfiqimiz ADP-nin akt zalında keçirək".

Ə.Əliyev partiyanın təsis qurultayına geniş tərkibdə qonaqların dəvət olunmayacağını da vurğulayıb. Bildirib ki, tədbirə "Azadlıq" siyasi blokunun liderləri mütləq dəvət olunacaq: "Mətbuata də məhdudiyyət qoyulmayacaq. Ancaq digər partiya nümayəndələrinin dəvət olunub-olunmayacağı məsələsi hələ müzakirə olunur".

Xəbər lenti

Xəbər lenti