...

Milli Məclisin mayın 26-da keçiriləcək növbəti iclasında 4 məsələ müzakirə olunacaq

Siyasət Materials 24 May 2006 12:02 (UTC +04:00)

Milli Məclisin mayın 26-da keçiriləcək növbəti iclasında 4 məsələ müzakirə olunacaq. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Müzakirə olunacaq məsələlər sırasına Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında" Azərbaycan Respublikası qanununun layihəsi, "Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında" qanununa dəyişikliklər və əlavələr edilməsi və "Azərbaycan Respublikası Dövlət Slosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında" qanuna dəyişikliklər və əlavələr edilməsi daxildir.

Xəbər lenti

Xəbər lenti