...

Azərbaycan prezidenti Səhiyyə Nazirliyinin əsasnaməsini təsdiq edib

Siyasət Materials 26 May 2006 13:21 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli fərmanına əsasən, Səhiyyə Nazirliyinin fəaliyyətini təmin etmək məqsədilə idarənin əsasnaməsi və strukturu təsdiq edilib, aparatın ştat həddi müəyyən edilib. Trend in xəbər verdiyi kimi, fərmana görə, aparat işçilərinin say həddi 87 ştat vahidi müəyyən edilib.

Nazirlər Kabinetinə bir ay müddətində qüvvədə olan normativ-hüquqi aktların bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflər hazırlayaraq prezidentə təqdim etmək, bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılır.

"Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin təsdiqlənməsi barədə" AR prezidentinin 29 dekabr 1998-ci il tarixli (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 12, maddə 762; 2005-ci il, № 12, maddə 1102) fərmanı qüvvədən düşmüş hesab olunur.

Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Xəbər lenti

Xəbər lenti