...

Nəqliyyat Nazirlilə AİB kredit sazişi imzalayıb

Siyasət Materials 1 İyun 2006 18:19 (UTC +04:00)

Bu gün Nəqliyyat Nazirliyilə Asiya İnkişaf Bankı (AİB) Qərb-Şərq avtomobil magistralının Yevlax-Gəncə və Qazax-Gürcüstan sərhədi sahələrinin bərpası layihələri üzrə kredit sazişi imzalayıb. Azərbaycan tərəfdən sənədə nəqliyyat naziri Ziya Məmmədov, AİB tərəfdən isə bankın Bakı nümayəndəliyinin rəhbəri Metyu Vestfol imza atıb. Bu barədə Trend xəbər verir.

Z.Məmmədov $52 mln.həcmində kreditin istiqamətləri haqqında məlumat verərək qeyd edib ki, bu sənədin imzalanması ölkədə həm infrastrukturun, həm də iqtisadiyyatın inkişafından xəbər verir.

88,8 km-lik Yevlax - Gəncə yolunun bərpasının dəyəri $58,7 mln.təşkil edir. $10,4 mln. İslam İnkiaşf Bankı, $11 mln. - Səudiyyə İnkişaf Fondu, $24 mln. -AİB və $13,3 mln. - Azərbaycan hökumətinin payına düşür. 38,8 km-lik Qazax - Gürcüstan sərhəddi yolunun bərpası isə $30 mln. həcmində qiymətləndirilir ki, bu da AİB-ın $28 mln. və Azərbaycan hökumətinin $2 mln.həcmində vəsaiti hesabına maliyyələşdiriləcək.

Nazirin sözlərinə görə, AİB-in krediti iki hissədən ibarətdir - yolların bərpası və sərhəd xidmət komponentlərinin mayliyyələşdirilməsi. 1-ci üçün adi kredit ehtiyyatlarından $49 mln. (4 illik güzəşt və libor+0,08% dərəcəsilə 24 il müddətinə), 2-ci üçün - AİB-dan $3 mln. həcmində güzəştli kredit (8 illik güzəşt, güzətş müddətində 1% , qalan müddətdə isə 1,5% dərəcəsilə 32 ilə) ayrılacaq.

Layihə 204 km uzunluğunda olan yolların yaxşılaşdırılmasını nəzərdə tutub. Bu layihə 700 min əhalisi olan 6 rayonu əhatə edir. 2003-cü ilin göstəricilərinə əsasən, həmin əhalinin 37%-i yoxsulluq həddində yaşayır. Bu ərazidə hökumət və müxtəlif agentliklərin yardımından asılı olan 87 min məcbüri köçkün və qaçqın yaşıyır. Nazirin sözlərinə görə, tikinti işlərini bu il başlamaq və 18 ay ərzində başa çatdırmaq planlaşdırılır.

AİB-nın nümayəndəsi deyib ki, bu, ölkənin nəqliyyat sektioruna ilk investisiyalardır. Şərq-qərb nəqliyyat dəhlizinin təkmilləşdirilməsi 4 hissədən ibarətdir. 1-ci hissədə - 127 km-lik və iki zolaqlı Yevlax-Gəncə və Qazax-Gürücstan sərhəddi yollarının, 2-cidə - 77 km-lik daxili avtomobil yollarının bərpası, 3-cüdə - avtomobil nəqliyyatı sahəsində idarəçilik və islahatların aparılması ilə ələqadər qanunvericiliyin təkmilləşdirilməsi, 4-cüdə - Azərbaycan-Gürcüstan sərhəddində gediş-gəlişin sadələşdirilməsi nəzərdə tutulub. M.Vestfol bu layihənin gerçəkləşdirilməsini yeni iş yerlərinin açılması və təhsil, səhiyyə və sair sahələrdə xidmətlərin göstərilməsi üçün şəraitin yaxşılaşdırılması baxımından çox vacib hesab edir. Bundan əlavə, layihənin həyata keçirilməsi Azərbaycanın regionda tranzit ölkəsi kimi rəqabət qabiliyyətini artıracaq.

Xəbər lenti

Xəbər lenti