...

Ekologiya naziri: Bakının bir sıra çimərliklərinə qoyulan qadağa səmərəli tədbirdir

Siyasət Materials 2 İyun 2006 15:07 (UTC +04:00)
Ekologiya naziri: Bakının bir sıra çimərliklərinə qoyulan qadağa səmərəli tədbirdir

Bakının Şıxov, Novxanı, Buzovna və Şüvəlan çimərliklərinə qoyulan qadağa səmərəli tədbirdir. Bu barədə, Trend agentliyinin məlumatına əsasən, ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov bildirib.

Onun sözlərinə görə, bu ərazilərin çikrlənmə səviyyəsini nəzərə alsaq, bu tədbir çox zəruridir.

"Bu istiqamətdə 3 qurum - Fövqaladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi və Ekologiya Nazirliyi fəaliyyət göstərir. Biz keçirilən monitorinqlərin nəticələri barədə Səhiyyə Nazirliyinə hesabat təqdim etməklə, hər vasitə ilə bu işdə onlara kömək edirik" - deyə H.Bağırov qeyd edib.

Laboratoriya analizləri nəticəsində 85% çirklənmənin aşkarlandığı bəzi çiməkliklərdən istifadəyə qoyulan qadağa iyunun 1-dən qüvvəyə minib. Novxanı və Pirşağı çimərliklərinin ərazilərində quş cəsədlərinin təmizlənməsi başa çatmayıb, 10 km sahil zolağına dair sanitar qaydalar kobud şəkildə pozulur ki, bu da infeksiya xəstəliklərinin artmasına səbəb olur.

Xəbər lenti

Xəbər lenti