...

Azərbaycan prezidenti bəzi səhiyyə işçilərini mükafatlandırıb

Siyasət Materials 16 İyun 2006 18:44 (UTC +04:00)

Trend agentliyi xəbər verir ki, Azərbacyan prezidenti İlham Əliyevin 16 iyun tarixli sərəncamına əsasən, Azərbaycanın səhiyyə sektorunun inkişafındakı xidmətlərinə görə 15 nəfər "Tərəqqi" medalı ilə mükafatlandırılıb.

Dövlət başçısı digər sərəncamı ilə 14 səhiyyə işçisi "Əməkdar həkim" adı ilə təltif edilib. Bununla yanaşı, Sahib Kazım oğlu Musayev Azərbaycanın "Əməkdar elm xadimi", Kubra Abbas qızı Cəfərova, Leyla Rəhim qızı Kərimova və Zemfira Mustafa qızı Topçubaşova "Əməkdar müəllim" adına layiq görülüb.

Xəbər lenti

Xəbər lenti