...

Prezident İlham Əliyev Respublika Güləş Federasiyasının rəhbərliyi və idmançıları ilə görüşüb

Siyasət Materials 21 İyun 2006 20:51 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 21-də Milli Olimpiya Komitəsində Respublika Güləş Federasiyasının rəhbərliyi və idmançıları ilə görüşüb. Trend xəbər verir ki, prezident Azərbaycan güləşçilərini beynəlxalq turnirlərdə uğurlar əldə etdiklərinə görə təbrik edib.

Dövlət başçısı qeyd edib ki, digər idman növləri kimi güləş də ölkəmizdə geniş inkişaf etməkdədir: "Güləşçilərimizin müxtəlif beynəlxalq turnirlərdən vətənə medallarla qayıtmaları və bayrağımızı yüksəltmələri buna sübutdur". Prezident bildirib ki, idman Azərbaycanda möhkəmlənir, Azərbaycan idman ölkəsi kimi artıq özünü təsdiq edib. Prezident bildirib ki, qələbələr davam etməlidir.

Respublika Güləş Federasiyasının prezidenti Abbas Abbasov çıxış edərək Azərbaycanın artıq dünya idman mərkəzlərinin birinə çevrildiyini bildirib.

Xəbər lenti

Xəbər lenti