...

DİN Narkotiklərlə Mübarizə İdarəsi: 1146 nəfər cinayət məsuliyyətinə cəlb edilib

Siyasət Materials 22 İyun 2006 13:58 (UTC +04:00)

2006-cı ilin 5 ayı ərzində narkotiklərlə əlaqədar 1146 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsindən məlumat verilib.

Cinayətlərin 719-u narkotiklərin saxlanması, 384-ü satışı, 39-u isə becərilməsi ilə əlaqədar olub.

Qanunsuz dövriyyədən 95 kiloqram 232 qram müxtəlif növ narkotik vasitə və 422 həb çıxarılıb.

Yabanı halda bitmiş və qanunsuz əkilib-becərilmiş 27 tondan artıq narkotik xassəli bitki məhv edilib.

Xəbər lenti

Xəbər lenti