...

Respublika Baş Prokurorluğuna test üsulu ilə qəbul başlanıb

Siyasət Materials 22 İyun 2006 14:02 (UTC +04:00)

Azərbaycan Respublikasının Baş Prokurorluğu ölkə prezidentinin 19 iyul 2001-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına işə qəbul olunmaq arzusunda olan şəxslər üçün 80 ştat vahidi üzrə müsabiqə elan edib. Bu barədə Trend ə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlğının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlılığı və layiqliliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ilə birlikdə keçirilən test imtahanından və söhbətdən ibarət müsabiqə təşkil olunacaq.

Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən müddətli hərbi xidmətdə olanlara və xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.

Test imtahanlarının payızda keçirilməsi planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti