Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı Azərbaycan hökuməti ilə Venesiya Komissiyası arasında əməkdaşlıq davam edir. Bu barədə Trend ə Milli Məclisin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyası sədrinin müavini, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Aydın Mirzəzadə bildirib.
A.Mirzəzadə onu da vurğulayıb ki, seçki qanunvericiliyinə hər bir seçkidən sonra əldə olunan təcrübənin əks etdirilməsi istiaqəmtində iş aparılır: "Gündəmdə duran məsələ seçki komissyalarının tərkibi formatının dəyişdirilməsidir. Bu məsələ ilə bağlı Venesiya Komissiyasından müxtəlif varinatlar təklif edilib. Azərbaycan tərəfi Seçki Məcəlləsinin və seçki komissiyalarının tərkibi formatının dəyişdirilməsinə prinsip etibarilə etiraz etmir".
Millət vəkili onu da qeyd edib ki, bu məsələ ilə bağlı müxtəlif varintlar üzərində iş aparılır. Bu variantlardan ən məqbulu qəbul ediləcək. A.Mirzəzadə onu da bildirib ki, Azərbaycan tərəfi Venesiya Komissiyasının tövsiyələrini nəzərdən keçirməyə hazırdır.