...

ATƏT PA-nın yay sessiyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə iştirak edəcək

Siyasət Materials 30 İyun 2006 14:02 (UTC +04:00)

ATƏT PA-nın iyulun 3-7-də Brüsseldə keçiriləcək yay sessiyasında Azərbaycan nümayəndə heyəti tam tərkibdə iştirak edəcək. Bu barədə Trend ə Azərbaycanın ATƏT PA-dakı nümayəndə heyəti rəhbərinin müavini, Milli Məclisin aqrar siyasət məsələləri daimi komissiyasının sədri Eldar İbrahimov bildirib.

E.İbrahimov qeyd edib ki, nümayəndə heyətinə Milli Məclis sədrinin müavini Bahar Muradova rəhbərlik edəcək: "Sessiyada mən, parlamentin insan hüquqları məsələləri daimi komissiyasının sədri Rəbiyyət Aslanova və millət vəkili Fəttah Heydərov iştirak edəcək". E.İbrahimov onu da bildirib ki, nümayəndə heyətinin hər bir üzvü sessiyanın gündəliyinə salınan məsələlərlə bağlı çıxışlar edəcək.

Qeyd edək ki, ATƏT PA-nın yay sessiyasında əsas müzakirə mövzusu "ATƏT regionunda insanların təhlükəsizliyinin təmin olunması" olacaq. Bundan əlavə milli azadlıqlarla bağlı məsələyə də baxılacaq.

Xəbər lenti

Xəbər lenti