...

Ayaz Rüstəmov: "Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində seçkilərdə birgə iştirak etməklə bağlı saziş imzalamamışıq"

Siyasət Materials 30 İyun 2006 14:05 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) təmsil olunduğu Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzində (MSƏM) seçkilərdə birgə iştirak etməklə bağlı saziş imzalamadığından təkrar bələdiyyə seçkilərinə partiya kimi qatılacaq. Bu barədə Trend ə AMİP sədri Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, MSƏM-in digər təsisçisi Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə təkrar bələdiyyə seçkilərində birgə iştirak edəcəklərinin istisna olunmadığını bildirib. A.Rüstəmov isə bunun əksini söyləyib. Bildirib ki, bu məsələ ilə bağlı mərkəzə daxil olan partiyalar arasında hər hansı bir saziş imzalanmayıb: "Buna görə də təkrar bələdiyyə seçkilərinə AMİP fərdi şəkildə qatılacaq. Məsələn, Abşeron, Binəqədi və s. yerlərdə artıq bu istiqamətdə işlər aparılıb".

A.Rüstəmov onu da bildirib ki, AMİP təkrar bələdiyyə seçkilərində birgə iştirakla bağlı 5 müxalifət partiyanın Salyan rayon təşkilatlarının yaratdığı Koordinasiya Şurasında da təmsil olunur: "İndi bu rayondan daha şanslı namizədin dəstəklənməsi ilə bağlı müzakirələr aparılır".

Xəbər lenti

Xəbər lenti