...

Gürcüstan baş nazirinin səfəri başqa vaxta keçirilib

Siyasət Materials 3 İyul 2006 15:51 (UTC +04:00)

Gürcüstan baş nazirinin Azərbaycana səfəri bir gün sonraya, iyulun 5-nə təyin olunub. Baş nazirin aparatından Trend in xüsusi müxbirinə verilən məlumata görə, Zurab Noqaideli 1 günlük işgüzar səfərlə Bakıya gələcək. Səfərin vaxtının dəyişdirilməsi səbəbləri açıqlanmır.

Səfər çərçivəsində əsas məsələlərdən biri Gürcüstana "Şahdəniz" yatağından əlavə qazın verilməsi ilə bağlı danışıqlar olacaq.

Azərbaycan, Türkiyə və Gürcüstan ekspertləri Tiflisin Bakı-Tiflis-Ərzurum qaz kəməri layihəsi çərçivəsində əlavə qaz alması məsələsi üzərində işi başa çatdırıb. İyulun 16-18-də Tiflisdə ekspertlər Gürcüstanın 2007-ci ildən etibarən Cənubi Qafqaz qaz kəməri vasitəsilə və güzəştli qiymətlərlə minimum 1,5 kub metr təbii qaz alması ilə bağlı ölkənin təklifini müzakirə edib.

Azərbaycana səfərindən sonra Z.Noqaideli iyulun 1-ci ongünlüyündə Türkiyəyə yola düşəcək və burada da analoji danışıqlar aparacaq.

Xəbər lenti

Xəbər lenti