...

Milli QHT Forumu 3 qanun layihəsi üzərində yenidən iş aparır

Siyasət Materials 3 İyul 2006 19:19 (UTC +04:00)

Milli Qeyri-Hökumət Təşkilatları Forumu (MQF) ictimai müzakirəsini keçirdiyi 4 qanun layihəsi üzərində yenidən işləyir. Bu barədə Trend ə MQF İdarə Heyətinin sədri Aydın Kərimov məlumat verib.

Qeyd edək ki, MQF QHT-lərin fəaliyyətini birbaşa nizamlayan qanunlar - "İctimai Birliklər Haqqında", "Fondlar Haqqında", "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələri hazırlayıb və onların geniş müzakirəsini təşkil edib. A.Kərimovun sözlərinə görə, həmin müzakirələrdə irəli sürülən təkliflərin, irad və qeydlərin nəzərə alınması üçün qanun layihələri üzərində yenidən iş aparılır. Hər layihə üzərində bir işçi qrupu işləyir və bu qruplarda mütəxəssislər, ekspertlər təmsil olunurlar.

A.Kərimov bildirib ki, əlavə və düzəlişlərdən sonra layihələr beynəlxalq donor təşkilatlarına təqdim olunacaq. Bundan sonra həmin təşkilatlar layizhələri analiz edərək onlara rəy verməlidirlər. Beynəlxalq qurumlardan ekspert rəyi aldıqdan sonra qanun layihələri Milli Məclisə təqdim olunacaq. "Fondlar Haqqında" və "Xeyriyyəçilik fəaliyyəti haqqında" qanun layihələrinin qəbul olunması, artıq mövcud olan "İctimai Birliklər Haqqında" qanuna isə dəyişikliklər edilməsi təklif olunur.

Xəbər lenti

Xəbər lenti