...

Ümid Partiyasının sədri Gürcüstana səfər edəcək

Siyasət Materials 8 İyul 2006 11:41 (UTC +04:00)

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yaxın günlərdə Gürcüstana səfər edəcək. Bu barədə Trend ə özü bildirib.

Millət vəkili vurğulayıb ki, səfərinin məqsədi Gürcüstanda yaşayan soydaşlarımızın problemləri ilə yaxından maraqlanmaqdır: "Səfərin nə vaxt reallaşacağını deyə bilmərəm. Ancaq Milli Məclisin payız sessiyasınadək bu planın həyata keçirilməsinə nail olacağam". İ.Ağazadə onu da qeyd edib ki, Gürcüstana səfər etməklə bağlı təşəbbüs özündən gəlib. Millət vəkili Gürcüstan səfərinə yalnız jurnalistləri aparacaq.

İ.Ağazadə Gürcüstanın Dmanisi, Marneuli və Bolnisi rayonlarında yaşayan soydaşlarımızla görüşəcək.

Xəbər lenti

Xəbər lenti