...

YAP Gənclər Təşkilatı iyulun 15-də növbəti forumunu şimal regionunda keçirəcək

Siyasət Materials 8 İyul 2006 11:58 (UTC +04:00)

Hakim Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatı iyulun 15-də növbəti regional forumunu şimal regionu üzrə Xaçmaz rayonunda keçirəcək. Bu barədə Trend ə YAP Gənclər Təşkilatının sədri Ramil Həsənov bildirib.

R.Həsənov onu da qeyd edib ki, regional forumları keçirməkdə məqsəd regionalrada YAP-ın gənclərinin fəaliyyətini tənzimləmək və sistemləşdirməkdir: "Digər məqsədimiz isə regioanlarda yaşayan gənclərimizin üzləşdiyi problemlərlə tanış olmaq və onların həlli ilə bağlı lazımi ünvanlarda məsələ qaldırmaqdır".

R.Həsənov onu da vurğulayıb ki, şimal regionunda da Regional Koordinator Mərkəzi yaradılacaq: "Qərb regionu üzrə Gəncədə, cənub regionu üzrə isə Lənkəranda belə bir mərkəz yaradılıb. Mərkəzlərin yaradılmasında məqsəd YAP Gənclər Təşkilatının regionlar üzrə şöbələrinin fəaliyyətləri barədə məlumatlar toplamaq və partiyanın mərkəzi qərargahına ötürməkdir və araşdırmaqdır".

R.Həsənov onu da qeyd edib ki, ilin sonunda YAP Gənclər Təşkilatı Regional Koordinator Mərkəzlərinin fəaliyyətinə qiymət verəcək və 10 ən yaxşı gənclər təşkilat müəyyənləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti