...

Azərbaycan prezidenti Moskvaya səfər edəcək

Siyasət Materials 10 İyul 2006 17:37 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə bu ay Moskvaya səfər etməyi planlaşdırır. Bu barədə Azərbaycan prezidentinin İcra aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Trend ə eksklüziv olaraq xəbər verib.

V.Putinin MDB ölkələri liderlərinin iyulun 21-22-də keçiriləcək Rusiya prezidentinin mükafatı uğrunda növbəti at yarışlarını müşahidə etməyə dəvəti barədə suala cavab verən N.Məmmədov bildirib ki, "bu nəzərdə tutulub və planlaşdırılıb". Onun sözlərinə görə, yaxın günlərdə bu barədə məlumat açıqlanacaq.

Əvvəl Rusiyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Pyotr Burdıkin Trend ə verdiyi müsahibəsində əminliklə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevə də belə dəvət təqdim olunub. Bu cür qeyri-rəsmi şəraitdə keçirilən görüşlər dövlət başçıları üçün qarşılıqlı maraq doğuran məsələləri müzakirə etmək imkanı yaradır.

Qeyd edək ki, MDB ölkələrinin at yarışları çərçivəsində bu cür qeyri-rəsmi forumu ilk dəfə Rusiyada 2004-cü il iyulun 2-3-də keçirilib. O zaman Moskvaya Türkmənistan və Belorusiyadan başqa, birlik ölkələri liderlərinin əksəriyyəti gəlmişdi.

Xəbər lenti

Xəbər lenti