...

Azərbaycan prezidenti Hindistan prezidentinə başsağlığı verib

Siyasət Materials 12 İyul 2006 13:54 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, iyulun 12-də Azərbaycan prezidenti İlham Əliyev Hindistan Respublikasının prezidenti Avul Pakir Caynulabdin Əbdül Kalama məktub göndərib.

Məktubda Mumbay şəhərində törədilmiş terror aktı nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar başsağlığı verilir. "Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir və terrorun bütün təzahürlərini qətiyyətlə pisləyirik",- deyə dövlət başçısının məktubunda deyilir.

Xəbər lenti

Xəbər lenti