...

Arif Vəliyev: "Birinci yarımildə Azərbaycanda inflyasiya 6% təşkil edib"

Siyasət Materials 12 İyul 2006 15:12 (UTC +04:00)
Arif Vəliyev: "Birinci yarımildə Azərbaycanda inflyasiya 6% təşkil edib"

Yanvar-iyun aylarında Azərbaycanda inflyasiyanın səviyyəsi 6% təşkil edib. Trend in xəbər verdiyi kimi, bu barədə iyulun 12-də Dövlət Statistika Komitəsinin rəhbəri Arif Vəliyev bildirib.

Onun sözlərinə görə, 2006-cı ilin ilk 6 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı sahələrinin azalması ilə əlaqədar ixracın həcminin aşağı düşməsi müşahidə olunub.

İlk 5 ay ərzində Azərbaycan 117 xarici ölkə ilə ticarət əməliyyatları həyata keçirib. Bu dövr ərzində ölkənin xarici ticarət dövriyyəsi 46,4% artaraq $4138,6 mln təşkil edib. İxracın həcmi $2472,5 mln, idxalın həcmi isə $1666,1 mln olub.

Xəbər lenti

Xəbər lenti