...

Azərbaycan prezidenti: BTC regionallıqdan çıxaraq qlobal layihəyə çevrilib

Siyasət Materials 13 İyul 2006 17:37 (UTC +04:00)
Azərbaycan prezidenti: BTC regionallıqdan çıxaraq qlobal layihəyə çevrilib

"Bu gün tarixi gündür. Bakı-Tbilisi-Ceyhan kəməri istismara verilir. 1994-cü ildə "Əsrin Müqaviləsi"nin imzalanması ilə Azərbaycanda yeni neft siyasətinin əsası qoyulub. "Azəri-Çıraq-Günəşli" yatağının işlənməsi nəticəsində Azərbaycan nefti dünya bazarına ixrac olunur". Bunu, Trend agentliyinin xüsusi müxbirinin sözlərinə görə, Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin Ceyhan limanında ildə 50 mln ton neft nəql edəcək BTC boru kəmərinin istismara verilməsi münasibətilə təşkil olunan mərasimdə bəyan edib.

Onun sözlərinə görə, tarixdə ilk dəfə olaraq xarici investisiyalar Xəzərin Azərbaycan sektoruna cəlb olunub. "Neft layihələrinin gerçəkləşdirilməsindən əldə olunan vəsaitlər bu gün ölkədə səmərəli istifadə olunur. İqtisadi potensial güclənir. 2005-ci ilin yekunlarına görə, Azərbaycanın iqtisadi inkişafı 26%, 2006-cı ilin son 5 ayı ərzində isə - 40% təşkil edib" - deyə o bildirib.

"Bu, yalnız "Əsrin Müqaviləsi"nin həyata keçirilməsi nəticəsində mümkün olub. Dünyada və regionda kəmər layihəsinə etibar yox idi. Buna görə layihə çox çətinlikdə gerçəkləşdirilirdi. Layihəyə inanmırdılar, hətta elə ölkələr də var idi ki, bunun yaradılmasına mane olurdu, lakin Azərbaycan, Gürcüstan və Türkiyənin iradəsi layihənin gerçəkləşdirilməsinə kömək göstərdi" - deyə o əlavə edib.

12 il ərzində neft müqavilələri çərçivəsində ölkə iqtisadiyyatına təxminən $20 mlrd. investisiyya yatırılıb. "Respublikada 3 neft ixrac boru kəməri var. Bunların ən irisi BTC-dir. Azərbaycanın neft infrastrukturu yeniləşib, daha da müasir olub və peşəkar kadrlar ortaya çıxıb" - deyə İ.Əliyev bildirib.

Azərbaycan prezidenti BP şirkətinin "AÇQ" və BTC layihələrinin gerçəkləşdirilməsindəki roulunu qeyd edib. "Biz həmişə istər "AÇQ", istərsə də BTC layihəsində bu ölkənin dəstəyini hiss etmişik" - deyə prezident qeyd edib.

BTC layihəsi iştirakçı dövlətlər, şirkətlər və BMİ arasında birlik yaradıb. Neft layihələrinin gerçəkləşdirilməsilə Azərbaycandakı bütün sosial problemlər həllini tapacaq. "Azərbaycan vacib neft ixraçatçısına çevrilir" - deyə o əlavə edib.

Onun sözlərinə görə, BTC regionda inkişafa böyük təkan verib. "Bu layihənin başa çatdırılması inkişafın yeni mərhələsidir. Bu, təkcə iqtisadi deyil, həm də siyasi və texniki layihədir, halbuki bu layihənin gerçəkləşdirilməsi zamanı bütün bu sahələrdə problemlər olub. İndi BTC regionallıqdan çıxaraq qlobal layihəyə çevrilib. Digər ölkələr də bu dəhlizdən istifadə edə bilər" - deyə bildirib.

Dövlət başçısı deyib ki, Cənubi Qafqaz qaz kəməri layihəsinin başa çatdırılmasına az qalıb. "Əvvəllər Cənubi Qafqaz qaz kəməri sanki BTC-nin kölgəsində idi, lakin indi biz bunun necə böyük rol oynadığını görürük. Qazın bu kəmərlə Gürücstan və Türkiyəyə çatdırılmasının strateji əhəmiyyəti var", - deyə prezident qeyd edib.

Xəbər lenti

Xəbər lenti