...

Ermənistan –Azərbaycan münaqişəsi Sankt –Peterburqda keçiriləcək "Böyük səkkizlik" sammitində müzakirə ediləcək

Siyasət Materials 15 İyul 2006 12:35 (UTC +04:00)
Ermənistan –Azərbaycan münaqişəsi Sankt –Peterburqda keçiriləcək "Böyük səkkizlik" sammitində müzakirə ediləcək

Şübhəsiz ki, MDB ərazisində regional münaqişələrin tənzimlənmə perspektivi G8 ölkə başçıları tərəfindən gözdən keçiriləcək və məhz bu kontekstdə Dağlıq Qarabağ münaqişəsi ətrafındakı vəziyyətin müzakirəsi qaçılmazdır. Bu barədə Trend in xüsusi müxbirinə Rusiyanın tanınmış "Kommersant" qəzetinin beynəlxalq siyasət şöbəsinin redaktoru Azər Mürsəliyev bildirib.

Onun sözlərinə görə, yaxın zamanlarda Əliyev - Köçəryan görüşünün, xüsusilə də Moskvada iyulun üçüncü dekadasının əvvəlində MDB liderlərinin qeyri-rəsmi görüşü çərçivəsində görüşün keçirilmə ehtimalını təsdiq edən informasiya hələ yoxdur.

"Amma mən bunun mümkün olacağını istisna etmirəm və Rusiya tərəfi, MDB ölkələri liderlərinin qeyri-rəsmi sammitinin formatından istifadə edərək, şübhəsiz, bu istiqamətdə müəyyən addımlar atacaq. Təbii ki, Qarabağ məsələsi iyulun 21-22-də MDB ölkə liderlərinin görüşündə yeganə müzakirə predmeti olmayacaq, lakin bu məsələ ən vacib məsələlərdən biri olacaq, çünki Dağlıq Qarabağ münaqişəsi birinci növbədə həll ediləcək məsələlərdəndir".

A.Mürsəliyev hesab edir ki, ABŞ və Qərb ölkələri Bakı-Tbilisi-Ceyhan neft kəmərinin "reallığı"nı nəzərə alaraq, sülh prosesinin tezləşdirilməsi və tamamlanmasına təkid edəcək. "Bununla əlaqədar, Rusiya bu məsələdə təşəbbüsü öz əlinə keçirmək məqsədilə MDB-nin qeyri-rəsmi sammiti zamanı əhəmiyyətli cəhd edəcək", - deyə politoloq bildirib.

Xəbər lenti

Xəbər lenti