...

Sədr: QKDK fond bazarının regional inkişafı üzrə səyləri gücləndirir

Siyasət Materials 17 İyul 2006 15:23 (UTC +04:00)

İqtisadi inkişafla əlaqədar Azərbaycanın fond bazarında da müsbət meyllər müşahidə olunur. Trend agentliyinin məlumatına əsasən, bu barədə Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri Gündüz Məmmədov 2006-cı ilin birinci yarım ilinin yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.

6 ay ərzində 125 mln. manat həcmində səhm buraxılıb ki, bu da ötən ilki göstəricilərdən 22% çoxdur. Bunun 37 mln. manatı 1,8 dəfə artımla yerləşdirilib. G.Məmmədovun dediklərinə görə, ikinci bazarda da canlanma müşahidə olunur. Son yarım ildə 40 mln.manat həcmində 4 355 sövdə bağlanıb ki, bu da ötən ilin müvafiq dövri ilə müqayisədə 45% çoxdur.

Əvvəlki illərdə olduğu kimi qeyri-birja sövdələri birja sövdələrini üstələyir. Birinci yarım ildə qeyri-birja sövdələri 32,2 mln. manat həcmində və 4106 sayda bağlanıb. Birja sövdələri isə 339 sayda və 3 mln. manat həcmində təşkil edib.

Bu il fond bazarında iki qiymətli kağız növü ortaya çıxıb - ipoteka kağızı və mənzil sertifikatı.

Bu il QKDK qiymətli kağızlar bazarının regional inkişafı istiqamətində səylərini gücləndirib. QKDK-nın ilk idarəsi Naxçıvan MR-da yaradılıb və Milli Depozit Mərkəzinin ilk filialı fəaliyyətə başlayıb. Sədrin sözlərinə görə, bazarın digər peşəkar iştirakçıları da fəaliyyətlərini tədricən regionlara (Gəncə, Lənkəran) yönəldir. Hazırda QKDK-nin lisenziyasına malik 29 qiymətli kağızlar bazarının iştirakçısı fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti