...

Depozitlərarası münasibətlərin inkişafı üçün MDM ikinci Rusiya bankı ilə müqavilə imzalayacaq

Siyasət Materials 17 İyul 2006 16:20 (UTC +04:00)
Depozitlərarası münasibətlərin inkişafı üçün MDM ikinci Rusiya bankı ilə müqavilə imzalayacaq

Azərbaycanın Milli depozit mərkəzi Rusiyanın Vneştorqbank səhmdar-kommersiya bankı ilə müxbir münasibətləri haqqında müqavilə imzalamağa hazırlaşır. Trend in verdiyi xəbərə görə, mərkəzin prezidenti Bəxiyar Əzizov jurnalistlərə bildirib ki, artıq səhmdar -kommersiya bankı "ROSBank"la analoji saziş imzalanıb.

Müqavilənin mövzusu MDM tərəfindən Rusiya bankı adına ayrıca müxbir deposunun açılışı və əməliyyatların həyata keçirilməsindən ibarətdir.

Depozit mərkəzi, öz növbəsində, Rusiya bankına qiymətli kağızların saxlanması, qiymətli kağızlar üzrə hüququn nəzərə alınması və təsdiqi, həmçinin həm dokumentar, həm də qeyri-dokumentar QK üzrə hüququn keçməsinin nəzərə alınması və təsdiqi üzrə xidmətlər göstərəcək.

"ROSBank" kimi, Vneştorqbank da Rusiya Federasiyasının QK bazarının depozit fəaliyyətinin həyata keçirilməsi üçün lisenziyaya malik qabaqcıl, peşəkar iştirakçılarından biridir.

Xəbər lenti

Xəbər lenti