...

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı Türkiyənin hakim partiyasının Gənclər Təşkilatı ilə əməkdaşlıq barədə danışıqlar aparıb

Siyasət Materials 18 İyul 2006 14:05 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı rəsmiləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (ƏİP) Gənclər Təşkilatı rəhbərliyi ilə danışıqlar aparıb. Bu barədə Trend ə adıçəkilən hərəkatdan bildiriblər.

Danışıqları hərəkatın Türkiyənin paytaxtında təhsil alan həmtəsisçisi Ziya Əliyev aparıb.

Danışıqlar əsasən ikitərəfli əməkdaşlıq haqqında və gələcək tədbirlərin birgə keçirilməsi istiqamətində qurulub.

Onu da bildirək ki, Türkiyənin ƏİP Gənclər Təşkilatının rəsmiləri ilə "İrəli" Ümumrespublika Gənclər Təşkilatı arasında ilk tanışlıq Yeni Azərbaycan Partiyasının Gənclər Təşkilatının vasitəçiliyi ilə Bakı şəhərində olub.

Xəbər lenti

Xəbər lenti