...

VHP sədri MDİ-nin Azərbaycan üzrə direktoru ilə görüşüb

Siyasət Materials 18 İyul 2006 15:12 (UTC +04:00)

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı iyulun 18-də ABŞ Milli Demokratiya İnstitutunun Azərbaycan üzrə direktoru xanım Emi Şultsla görüşüb. Bu barədə "Trendə" VHP mətbuat xidmətindən bildiriblər.

Görüşdə Sabir Rüstəmxanlı Emi Şultsun xahişi ilə ona VHP-nin Milli Məclisdəki və AŞPA-dakı fəaliyyəti barədə müfəssəl məlumat verib, ölkədəki və regiondakı siyasi proseslər, ABŞ-ın bölgə siyasətinə təsiri müzakirə olunub.

Demokratik dəyərlərin inkişafı və qloballaşma astanasında Azərbaycan xalqının milli kimlik, milli şüur və mental xüsusiyyətlərinin qorunmasını vacib şərt kimi qiymətləndirən Sabir Rüstəmxanlı qeyd edib ki, demokratiya heç bir halda zorla qəbul elətdirirlməməli, təbii qanunauyğunluqla və təbliğatla həyata keçirilməlidir. Ermənilərin Azərbaycan dövlətinin süveren hüquqlarını pozduğunu və torpaqlarımızın 20 faizinin işğal altında olduğunu önə çəkən millət vəkili Azərbaycanın Avropaya inteqrasiyası, ədalətli və azad seçkilərin keçirilməsi, demokratiyanın və iqtisadiyyatın inkişafına bu faktorun münfi mənada çox böyük təsir etdiyini söyləyib.

Azərbaycanı "çətin ölkə" kimi dəyərləndirən xanım Emi Şults partiyaların inkişafındakı problemlər, gənclərin ölkənin ictimai-siyasi həyatına laqeydliyi və sair məsələlərə toxunub. Bu problemlərin obyektiv və subyektiv səbəbləri barədə fikir mübadiləsi aparılıb. Daha sonra Yaxın Şərqdə müharibə təhlükəsinin getdikcə artması, ABŞ-ın İraq siyasəti, güneyli soydaşlarımızın insan haqlarının çox kobud surətdə pozulması müzakirə obyekti olub.

Xəbər lenti

Xəbər lenti