...

Gürcüstan xarici işlər nazirinin birinci müavini: GUAM sülhməramlı qüvvələrinin yaradılması haqqında məsləhətləşmələr aparılır

Siyasət Materials 19 İyul 2006 18:24 (UTC +04:00)
Gürcüstan xarici işlər nazirinin birinci müavini: GUAM sülhməramlı qüvvələrinin yaradılması haqqında məsləhətləşmələr aparılır

Gürcüstanın Xarici İşlər Nazirliyi GUAM üzrə tərəfdaşları ilə sülhməramlı batalyonun yaradılması ilə bağlı məsləhətləşmələr aparır. Bu barədə Trend ə xarici işlər nazirinin birinci müavini Valeriy Çeçelaşvili xəbər verib.

O qeyd edib ki, hazırda bu danışıqlar başa çatmaq üzrədir. "Bu məsələ GUAM çərçivəsində imzalanmış protokllarla qabağcadan müəyyənləşdirilib" - deyə o bildirib.

V. Çeçelaşvili deyib ki, tərkibi məsləhətləşmələr zamanı müəyyənləşdiriləcək batalyona Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova hərbiçiləri daxil olacaq.

"Biz hazırda hər bir tərəfin kvotası üzərində işləyirik"- deyə o əlavə edib.

V.Çeçelaşvili vurğulayıb ki, gürcü hərbiçiləri sülhməramlı əməliyyatlarda böyük təcrübə qazanıb, çünki onlar Kosovo, Əfqanıstan və İraqda qayda-qanunun bərqarər olmasında iştirak edir.

Xəbər lenti

Xəbər lenti