...

Klassik Xalq Cəbhəsi Partiyası Güney Azərbaycanla bağlı sənəd hazırlayıb

Siyasət Materials 24 İyul 2006 17:52 (UTC +04:00)

Klassik Xalq Cəbhəsi Partiyası Güney Azərbaycanla bağlı sənəd hazırlayıb. Bu barədə Trend ə partiyanın sədri Mirmahmud Mirəlioğlu məlumat verib.

Onun sözlərinə görə, sənədin hazırlanması artıq başa çatdırılıb. Bir neçə bənddən ibarət olan sənəd beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə müraciət xarakteri daşıyır. Müraciətdə Güney azərbaycanlıların haqlarının pozulması faktlarına diqqət çəkilir, onların İranda yaşayan böyük bir etnos kimi regiondakı ictimai-siyasi proseslərdə rolu, Güney Azərbycanda gedən milli hərəkat qiymətləndirilir.

Klassik Xalq Cəbhəsi Partiyası hazırladığı sənədi Azərbaycanda fəaliyyət göstərən bütün siyasi partiyalara təqdim edəcək, onların da Güney azərbaycanlılara dəstək verməsi, soydaşlarımızın hüquqlarını, milli hərəkatlarını müdafiə etmək üçün sənədi imzalaması təklif olunacaq. Sənədin ictimai-siyasi təşkilatlar tərəfindən imzalandıqdan sonra beynəlxalq təşkilatlara göndərilməsi nəzərdə tutulub.

Klassik Xalq Cəbhəsi Partiyası avqustun 22-də isə Əbülfəz Elçibəyin doğum gününü qeyd edəcək. Həmin gün Güney Azərbaycanda ənənəvi olaraq Savalan dağının ziyarət olunması da Bakıda qeyd ediləcək. KXCP bununla bağlı dəyirma masa, ictimai müzakirələr, mətbuat konfransı keçirəcək.

Xəbər lenti

Xəbər lenti