...

Bələdiyyə seçkilərində iştirak edən 1914 nəfərin namizədliyi qeydə alınıb

Siyasət Materials 24 İyul 2006 18:02 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək bələdiyyə seçkilərində namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 3759 nəfərə çatıb. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib. Həmin şəxslərdən 3659 nəfəri imza vərəqi götürüb. Seçki sənədlərini təqdim edənlərin sayı isə 2186 nəfərdir.

1914 nəfərin namizədliyi artıq qeydə alınıb. Seçki marafonuna qoşulanlardan 926 nəfəri bitərəf, 913-ü Yeni Azərbaycan Partiyasının, 5-i AXCP-nin, 9-u Sosial Rifah Partiyasının, 4-ü BAXCP-nin, 5-i VHP-nin, 7-si AMİP-in, 4-ü Vətəndaş Birliyi, 6-sı Demokratik İslahatlar, 3-ü Ədalət, 4-ü Ümid, 9-u Ana Vətən, 7-si Müsavat, 5-i Böyük Quruluş Partiyasının üzvüdür. Qalan partiyaların hər birindən hələlik 1 nəfər namizədliyini verib.

Qeyd edək ki, bu il oktyabrın 6-da 604 bələdiyyə üzrə 83 seçki dairəsinin 927 seçki məntəqəsində təkrar, əlavə, yeni və ilk seçkilər keçiriləcək. Seçiləcək bələdiyyə üzvlərinin sayı 1942, seçkidə iştirak edəcək seçicilərin sayı 809 min 643-dür.

Xəbər lenti

Xəbər lenti