...

Azərbaycan nümayəndə heyəti Gürcüstanda keçirilən beynəlxalq konfransda fəallıq nümayiş etdirib

Siyasət Materials 26 İyul 2006 12:48 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində keçirilən "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfransda Azərbaycan nümayəndə heyəti müzakirələrdə fəallıq nümayiş etdirib. Bu barədə Trend ə adıçəkilən konransda iştirak edən millət vəkili Fuad Muradlov bildirib.

Qeyd edək ki, konfrans öz işinə iyulun 24-də başlayıb. Konfransda Azərbaycanı Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Fuad Muradov və Eyvaz Qurbanov təmsil edir.

Millət vəkili bildirib ki, tədbirdə Gürcüstanın xarici siyasətinin prioritetləri, bu ölkənin daxili təhlükəsizlik siyasəti, iqtisadi ticarəti, Trans-Avropa enerji və nəqliyyat şəbəkəsinin inkişafında Gürcüstanın rolu və digər mövzular ardıcıl olaraq müzakirə olunur: "Konfransın gündəliyinə salınan hər bir mövzu ilə bağlı aparılan müzakirələrdə millət vəkilləri fəal iştirak ediblər".

İyulun 28-də başa çatacaq konfransda 11-ə qədər dövlətin nümayəndəsi iştirak edir. Ermənistan tədbirə dəvət olunsa da, gəlməyib. Azərbaycan nümayəndə heyəti Bakıya iyulun 29-da qayıdacaq.

Xəbər lenti

Xəbər lenti