...

Aydın Mirzəzadə: "Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmaq üçün Gürcüstanın Kodor dərəsində apardığı hərbi əməliyyatdan daha genişini tətbiq edə bilər"

Siyasət Materials 27 İyul 2006 12:24 (UTC +04:00)
Aydın Mirzəzadə: "Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmaq üçün Gürcüstanın Kodor dərəsində apardığı hərbi əməliyyatdan daha genişini tətbiq edə bilər"

Azərbaycan itirilmiş torpaqlarını geri qaytarmaq üçün Gürcüstanın Kodor dərəsində apardığı hərbi əməliyyatdan daha genişini tətbiq edə bilər. Bu barədə Trend ə hakim Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, millət vəkili, politoloq Aydın Mirzəzadə Gürcüstanın Kodor dərəsində apardığı hərbi əməliyyata münasibət bildirərəkən qeyd edib.

Millət vəkili bildirib ki, Gürcüstanın dövlətçiliyinin inkişafında Abxaziya məsələsi bir problem idi: "Birincisi, rəsmi Tbilisinby Abxaziya ərazisində heç bir nəzarəti yox idi. Dövlətçilik ilk növbədə mərkəzi hökumətin bütün ərazi üzərində nəzarətini tələb edirdi. Gürcüstan ordusunun həmin ünvanda hərbi əməliyyatlar keçirib oranı nəzarətə götürməsiyb normal proses hesab edirəm. Bu, eyni zamanda Gürcüstanın parçalanmasında maraqlı olan qüvvələrə sərt bir mesajdır".

"Gürcüstanın bu varinatından Azərbaycan da istifadə edə bilərmi" sualımıza politoloq belə cavab verib: "Nəinki istifadə edə bilər, bundan daha böyük bir tədbir keçirə bilər. Buna imkanı və hüququ çatır. Azərbaycan itirilmiş torpaqlarının geri qaytarılması uğrunda gərgin mübarizə aparır. Dövlətin bütün resursları buna yönəlib. Bu gün rəsmi Bakı əsasən danışıqlara üstünlük verir. Bu məsələ ilə məşğul olan ATƏT-in Minsk qrupu itirilmiş torpaqlar üzərində suverenliyin təmin edilməsində Azərbaycana dayaq ola bilər".

A.Mirzəzadə qeyd edib ki, Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş torpaqlarını hərbi yolla qaytarması variantı da istisna deyil: "Bu, bizim hüququmuzdur və bu hüquqdan hər an istifadə edə bilərik".

Xəbər lenti

Xəbər lenti