...

Batumidə keçirilən "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfrans işini başa çatdırıb

Siyasət Materials 27 İyul 2006 16:04 (UTC +04:00)

Gürcüstanın Batumi şəhərində keçirilən "Biz demokratiyaya və azadlığa inanırıq" mövzusunda beynəlxalq konfrans işini başa çatdırıb. Bu barədə Trend ə konfransda iştirak edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Fuad Muradov bildirib.

Qeyd edək ki, konfrans öz işinə iyulun 24-də başlayıb. Konfransda Azərbaycanı Milli Məclisin deputatları Qənirə Paşayeva, Rauf Əliyev, Fuad Muradov və Eyvaz Qurbanov təmsil edir.

11 ölkənin nümayəndə heyətinin iştirak etdiyi konfransda Gürcüstanın xarici siyasətinin prioritetləri, bu ölkənin daxili təhlükəsizlik siyasəti, iqtisadi ticarəti, Trans-Avropa enerji və nəqliyyat şəbəkəsinin inkişafında Gürcüstanın rolu və digər mövzular ardıcıl olaraq müzakirə olunub. Ermənistan tədbirə dəvət olunsa da gəlməyib.

F.Muradov konfransda belə görüşlərin daha geniş və davamlı şəkildə aparılmasının tövsiyyə olunduğunu bildirib: "Qərara alındı ki, konfransda iştirak edən dövlətlər arasında şəbəkə yaradılsın. Müəyyən problemlərin həllində birgə iş aparılsın".

Xəbər lenti

Xəbər lenti