...

Bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi mərhələsi başa çatdı

Siyasət Materials 27 İyul 2006 17:54 (UTC +04:00)

Bu il oktyabrın 6-da keçiriləcək təkrar, əlavə, yeni və ilk bələdiyyə seçkilərində namizədliyin irəli sürülməsi mərhələsi iyulun 27-də başa çatdı. Bu barədə Trend ə Mərkəzi Seçki Komissiyasından (MSK) məlumat verilib.

Saat 18.00-da namizədlərin doldurulmuş imza vərəqlərini dairə seçki komissiyalarına təhvil vermək müddəti bitib. İmza vərəqələrini həmin vaxta qədər təhvil verməyən şəxslər seçkidə namizəd ola bilməzlər. Seçki Məcəlləsinin tələblərinə əsasən, namizədlərin xeyrinə toplanmış imzaların yoxlanması üçün sənədlərə 10 gün ərzində baxılmalı və namizədin qeydə alınıb-alınmaması barədə qərar çıxarılmalıdır. Bələdiyyə seçkisində iştirak üçün namizədliyini irəli sürmüş, imza vərəqələrini qaytarmış şəxslərin yekun sayı iyulun 28-də məlum olacaq. Çünki dairə seçki komissiyalarından seçki sənədlərini təhvil vermiş namizədlərlə bağlı məlumatlar MSK-ya daxil olmaqda davam edir. Namizədliyi qeydə alınmış şəxslərin yekun sayı isə 10 gün sonra məlum olacaq.

Xəbər lenti

Xəbər lenti