...

Azərbaycan İran ilə NMR-ə sadələşdirilmiş gediş-gəliş haqqında memorandumun gerçəkləşdirilməsinə tam hazırdır

Siyasət Materials 1 Avqust 2006 17:36 (UTC +04:00)

Azərbaycan tərəfi İran hökuməti ilə imzalanmış "Naxçıvan MR-ə sadələşdirilmiş gediş-gəliş haqqında" memorandumun tam icrasına hazırdır. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın İrandakı səfirliyinin bəyanatında deyilir.

Bəyanatda deyilir ki, son vaxtlar səfirliyə 28 noyabr 2005-ci ildə Azərbaycan və İran arasında Bakıda imzalanmış "Azərbaycan Respublikasının NMR-də yaşayan vətəndaşları və İran İslam Respublikası vətəndaşları üçün sadələşdirilmiş qaydada gediş-gəliş haqqında" memorandumun nə vaxt həyata keçiriləcəyi barədə müraciətlər daxil olur. Bununla əlaqədar, səfirlik bildirir ki, hər iki tərəf bu istiqamətdə lazımi tədbirlər həyata keçirir. Azərbaycan tərəfi 2006-cı ilin martında bu sənədi ratifikasiya edib və 2006-cı il aprelin 8-də icraya tam hazır olduğunu bildirib.

"Güman edirik ki, İran tərəfi memorandumun həyata keçirilməsi üçün lazımi işlərin görülməsini tezləşdirəcək", - deyə səfirliyin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti