...

Sentyabrda Vətəndaş və İnkişaf Partiyası rayon təşkilatlarının rəhbər strukturları formalaşdırılacaq

Siyasət Materials 3 Avqust 2006 16:21 (UTC +04:00)

Sentyabr ayında Vətəndaş və İnkişaf Partiyasının bütün rayon təşkilatlarının rəhbər strukturları formalaşdırılacaq. Bu barədə Trend ə partiyanın sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, sentyabrda rayon təşkilatlarının konfransları keçirilcək. Toplantılarda yerli strukturların rəhbər orqanları formalaşdırılacaq. Qeyd edək ki,Vətəndaş və İnkişaf Partiyasının təsis qurultayına qədər rayon təşkilatlarının təşəbbüs qrupları yaradılmışdı. Buna görə də ilkin yaranma formalarına görə, partiyanın rayon təşkilatları möcud hesab edilir. Lakin rayon təşkilatlarının rəsmən yaradılması, elan olunması, rəhbər strukturlarının seçilməsi üçün konfranslar keçirilməlidir. Rayon təşkilatlarında konfransların keçirilməsi ilə bağlı təlimat partiyanın Siyasi Şurasında müzakirə olunub və avqust ayında təsdiqlənməsi nəzərdə tutulub. Sənəd təsdiqləndikdən sonra rayon təşkilatlarına göndərilcək və konfransların cədvəli müəyyənləşdiriləcək.

Konfranslarda rayon təşkilatlarının sədri, sədr müavinləri və İdarə Heyəti seçiləcək. Konfranslar bir ay müddətində keçirilməli və sentyabrın sonunadək başa çatdırılmalıdır. Qeyd edək ki, VİP-in qurultaya qədər 52 rayon təşkilatı yaradılmışdı, qurultaydan sonra əlavə 4 rayonda da yerli təşkilat təsis olunub.

Xəbər lenti

Xəbər lenti