...

İnterpol xətti ilə Türkiyədə həbs edilmiş cinayətkar Azərbaycana ekstradisiya olunacaq

Siyasət Materials 10 Avqust 2006 17:57 (UTC +04:00)

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu əməkdaşlarının Türkiyə Respublikasında həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində həbs edilmiş Şahin İsfəndiyar oğlu Axundov yaxın günlərdə Azərbaycana ekstradisiya olunacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi mətbuat xidmətinin inspektoru Ehsan Zahidov məlumat verib.

Şahin Axundov 18 dekabr 2005-ci il tarixdə Bakı şəhərinin mərkəzindəki Sahil bağında "Kalaşnikov" markalı avtomat silahdan atəş açmaqla vətəndaş Anar İsmayılovu yaralayııb. Bu faktla əlaqədar Səbayel rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120 (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb. Lakin Ş.Axundov istintaqdan yayınaraq Azərbaycanın hüdudlarını tərk etdiyi üçün onun məsuliyyətə cəlb olunması baş tutmayıb.

Ş.Axundovun Azərbaycana ekstradisiyası ilə bağlı müvafiq sənədlər hazırlanır.

Xəbər lenti

Xəbər lenti