...

Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya Qafqaz dağ kəndlərinin alyansını yaradır

Siyasət Materials 11 Avqust 2006 15:49 (UTC +04:00)

Gürcüstanın Onsk rayonunun Çiora dağ kəndində Azərbaycan, Ermənistan, Gürcüstan və Rusiya Federasiyasının səkkiz pilot kəndinin yerli özünü idarə və rayon administrasiyalarının nümayəndələri tərəfindən Qafqaz dağ icmaları (kənd) alyansının yaradılması fikri barədə Memorandum qəbul olunub.

Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, görüş Qafqazın Regional Ekologiya Mərkəzinin (Qafqazın REM) "Qafqazın dağ bölgələrinin sabit inkişafı. XX1 əsr üçün yerli gündəlik" layihəsi çərçivəsində keçirilib.

Bu prosesin təşəbbüskarları Kəndlərin Alp Alyansına misal olaraq yaradılmış Qafqaz REM-in direktoru Nato Kirvalidze və Almaniyanın Qafqazın REM layihələrinin donorluğunu həyata keçirən Ətraf Mühit və Radiasiya Təhlükəsizliyi Nazirliyinin nümayəndəsi Silviya Reppenin hesab etdiyi kimi, Qafqaz Alyansı dağ kəndlərinin inkişafına, kəndlilərin bir çox problemlərinin həllinə və səmərəli özünüidarə metodlarının birgə hazırlanmasına yardım edə bilərdi. Ekspertlər qeyd edib ki, bu gün Qafqazın dağ kəndlərinin sakinləri dünyadan əlaqəsi kəsilmiş şəkildə yaşayırlar və ölkə hökümətləri hər zaman onların problemini həll edə bilmir. Dağ kəndlərinin sakinləri çox vaxt elementar yaşam şəraiti - elektrik, yol infrastrukturu, tibbi xidmət, rabitə vasitələri və b. olmadan yaşayırlar. Bu barədə dörd ölkənin regional idarələrinin nümayəndələri görüşdə ətraflı surətdə danışıb.

Qafqazın 4 ölkəsinin REM rəhbərləri Alyansı necə gördükləri barədə danışıb, Alyansın ilk növbədə hansı sahədə fəaliyyət göstərməli olduğunu müəyyən ediblər. Alyansın iş mexanizmi barədə danışan Azərbaycanda adı çəkilmiş dağ layihəsinin koordinatoru Azər Qarayevin təklifi proses iştirakçılarının diqqətini cəlb edib. O, iş prosesinə "8+4" prinsipi ilə başlamağı təklif edib. Yəni 8 pilot kənd artıq 50 il mövcud olan və 150 kəndi birləşdirən Alp Alyansının 4 kəndinin dəstəyi ilə Alyansın yaradılması üzrə işlərə başlayacaq. Onların təcrübəsi Qafqazda analoji alyansın daha tez yaradılmasına kömək edə bilərdi.

Qeyd edək ki, 2003-cü ildə 37 kəndin daxil olduğu Dağ icmalarının Mərkəzi Asiya Alyansı yaradılıb.

Xəbər lenti

Xəbər lenti