...

Hafiz Paşayev: Azərbaycanda diplomatların yetişdirilməsinə ehtiyac var

Siyasət Materials 14 Avqust 2006 18:09 (UTC +04:00)
Hafiz Paşayev: Azərbaycanda diplomatların yetişdirilməsinə ehtiyac var

Azərbaycanda diplomatların yetişdirilməsinə ehtiyac var, çunki Azərbaycanın xarici ölkələrdə yeni səfirləkləri açılır. Bu barədə Trend ə xarici işlər nazirinin müavini, Ali Diplomatiya Akademiyasının rektoru Hafiz Paşayev bildirib.

Onun sözlərinə görə, Diplomatik Akademiyanın yaradılması işinin bir mərkəzdən idarə olunması və yaxşı təşkil olunması nəzərdə tutulub.

"Bu, asan iş deyil. Biz son illərdə işlərimizi beynəlxalq standartlara uyğunlaşdırırıq və hesab edirəm ki, Azərbaycan bu vəzifənin öhdəsindən layiqincə gəlir. Yeni Diplomatik Akademiyanın yaradılması da bu mühüm məqsədə xidmət edir. Bu məsələdə mən öz məhsuliyyətimi dərk edirəm. Azərbaycanda bu sahədə işləyəcək yeni kadrlara ehtiyac var. İlkin mərhələdə akademiyanın hansı şəkildə formalaşdırılacağı müəyyən ediləcək. Məqsədimiz budur ki, onu cəlbedici bir mərkəzə çevirək",- deyə Hafiz Paşayev bildirib.

Xəbər lenti

Xəbər lenti