...

Azərbaycanın Rusiyadakı səfirliyi zərərçəkmiş inşaatçılar arasında azərbaycanlıların olması faktını öyrənir

Siyasət Materials 16 Avqust 2006 13:40 (UTC +04:00)
Azərbaycanın Rusiyadakı səfirliyi zərərçəkmiş inşaatçılar arasında azərbaycanlıların olması faktını öyrənir

Azərbaycanın Rusiyadakı səfirliyi salmonellezə yoluxmuş inşaatçılar arasında zərərçəkmiş azərbaycanlıların olması məsələsini dəqiqləşdirir. Bu barədə Trend ə Azərbaycanın Moskvadakı səfirliyinin müşavir - elçisi Baxış Zeynalov xəbər verib.

Qeyd edək ki , RF-nin baş sanitar həkimi, Rusiya istehlak nəzarəti idarəsinin başçısı Gennadi Onişenko avqustun 16-da bildirib ki , Moskva və Moskva ətrafında salmonellezin ilkin diaqnozu ilə bir neçə tikinti şirkətlərinin 200-dən çox işçisi xəstəxanaya yerləşdirilib. Xəstələnənlər Türkiyə, Azərbaycan, Özbəkistan və Qırğızıstan vətəndaşlarıdır. Onların sahibi türk vətəndaşı olan "Dəniz" MMC-nin Moskva tikintilərinə tədarük etdiyi qida məhsullarından bu xəstəliyə tutulduğu güman edilir. Hazırda müəssisə bağlıdır, istintaq materialları isə prokurorluğa verilib.

B.Zeynalov xəbər verib ki, zərərçəkənlərin arasında azərbaycanlıların olması haqqında hələ heç bir məlumat yoxdur, lakin səfirliyin əməkdaşları bu məlumatı yerində öyrənir.

Xəbər lenti

Xəbər lenti