...

Zakir Həşimov : Türkiyədə baş vermiş avtomobil qəzası zamanı xəsarət almış iki nəfər xəstəxanadan evə yazılıb

Siyasət Materials 17 Avqust 2006 15:18 (UTC +04:00)

Türkiyədə baş vermiş avtomobil qəzası zamanı xəsarət almış iki nəfər avqustun 17-də xəstəxanadan evə yazılıb. Bu barədə Trend ə Azərbaycanın Türkiyədəki səfiri Zakir Həşimov məlumat verib.

O qeyd edib ki, digər yaralıların da vəziyyəti normallaşır. Səfirlik onlara lazımi köməklik göstərib və Azərbaycanın Türkiyədəki nümayəndəliyinin işçiləri yaralılarla daim əlaqə saxlayır.

Qeyd edək ki, qəza avqustun 16-da baş verib. Nəticədə 1 Azərbaycan vətəndaşı həlak olub, 5 azərbaycanlı isə yaralanıb.

Xəbər lenti

Xəbər lenti