...

AMİP avqustun 25-də etiraz aksiyası keçirəcək

Siyasət Materials 18 Avqust 2006 13:05 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) avqustun 25-də Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Partiya bununla əlaqədar avqustun 18-də Bakı Şəhər İcra Hakimiyyətinə məktubla müraciət eldib. Məktubda bildirilir ki, AMİP-in qərargahla təmin edilməməsi probleminə etiraz olaraq avqustun 25-də saat 15.00-da Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin binası qarşısında piket keçiriləcək.

Partiyanın mətbuat xidmətinin rəhbəri Əli Orucov bildirib ki, AMİP-in qərargahla təmin edilməsi ilə bağlı müvafiq dövlət qurumlarına dəfələrlə müraciətlər edilməsinə baxmayaraq, bu problem hələ də həllini tapmayıb.

Xəbər lenti

Xəbər lenti