...

Azərbaycan prezidenti misirli həmkarına başsağlığı verib

Siyasət Materials 21 Avqust 2006 19:00 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Misir prezidenti Hüsni Mübarəkə başsağlığı məktubu göndərib. Bu barədə Trend xəbər verir.

Azərbaycan prezidentinin məktubunda qeyd olunur ki, Qahirə yaxınlığında qatarın qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı haqqında xəbərdən çox kədərlənib. Dövlət başçısı prezidentə, həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib, yaralılara isə tezliklə sağalmalarını arzulayıb.

Xəbər lenti

Xəbər lenti