Azərbaycanlıların kompakt yaşadığı Gürcüstan rayonlarında işıqla bağlı problem yoxdur. Bu barədə Trend ə Azərbaycanın Gürcüstandakı səfiri Namiq Əliyev məlumat verib. Səfir qeyd edib ki, azərbaycanlıların yaşadığı rayonlar elektrik enerjisi ilə fasiləsiz təmin olunur.
Qeyd edək ki, avqustun 23-də Tiflis enerji mərkəzinin damı uçub. Texniki nasazlıq nəticəsində 40 min nəfər işıqsız qalıb.
Azərbaycanlıların kompakt yaşadığı Gürcüstan rayonlarına qazın verilməsinin dayandırılmasına dair KİV-in məlumatlarına gəlincə, N.Əliyev qeyd edib ki, bununla bağlı səfirliyə şikayət daxil olmayıb.