"Biz çox ümid edirik ki, ən yaxın vaxtlarda Azərbaycan İsraildə öz səfirliyini açacaq". Trend xəbər verir ki, bu barədə İsrail parlamentinin deputatı Yozef Şaqal sentyabrın 4-də Bakıda jurnalistlərə bildirib.
O qeyd edib ki, Azərbaycan və İsrail münasibətləri çox yaxşı və müsbət münasibətlər kimi səciyyələndirilir, lakin onların daha da inkişaf etməsi üçün səfirlik açılmalıdır.
Onun sözlərinə görə, bu, hazırda İsraildə yaşayan 120-130 min Azərbaycandan gəlmə şəxslər üçün də çox mühüm amildir. Onlar İsraildə Azərbaycan səfirliyinin olmasını istəyir və bunun üçün, sadəcə olaraq, vaxt lazımdır.