...

Azərbaycan müdafiə naziri ABŞ müdafiə naziri köməkçisinin müavinini qəbul edib

Siyasət Materials 15 Sentyabr 2006 18:43 (UTC +04:00)

Sentybatın 15-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev ABŞ müdafiə nazirinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Cim Makduqalın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri qonaqların nəzərinə çatdırıb ki, Azərbaycan-ABŞ münasibətləri bütün sahələr üzrə yüksələn xəttlə inkişaf etməkdədir. Hərbi sahədə əməkdaşlıq həm ikitərəfli, həm də NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində davam edir. Azərbaycan ABŞ və NATO ilə əməkdaşlığı vahid əməkdaşlığın tərkib hissələri kimi qiymətləndirir.

Nazir həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsinə toxunaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərindən biri kimi ABŞ-ın söz sahibi olduğunu xüsusi qeyd edib. O söyləyib ki, Azərbaycanın işğal olunmuş torpaqları nə qədər tez azad olsa, Azərbaycan-ABŞ əməkdaşlığı bütün istiqamətlərdə daha böyük vüçət alar.

Cənab C.Makduqal isə öz növbəsində qeyd edib ki, Azərbaycan-NATO əməkdaşlığının Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı çərçivəsində davam etməsi Azərbaycan üçün böyük uğurdur.

Görüş zamanı tərəflər Azərbaycan-ABŞ çoxsahəli əməkdaşlığının müxtəlif aspektləri, Cənubi Qafqaz regionunda mövcud olan hərbi-siyasi vəziyyət və hər iki dövlətin mənafeyinə uyğun olan digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti