Bu ilin sonu-gələn ilin əvvəlində Azərbaycan Diplomatik Akademiyası qısamüddətli treninqlər keçirməyi planlaşdırır. Bu barədə akademiyanın rektoru Hafiz Paşayev Trend ə eksklüziv olaraq bildirib.
H.Paşayev bildirib ki, Diplomatik Akademiyanın təsis olunmağına baxmayaraq, faktiki işlər hələ irəlidədir. Onun sözlərinə görə, akademiya yeni üslubda təhsil müəssisəsi olacaq, ona görə də təşkilati işlər standart yolla getmir: "Mən məktəbi Amerika üslubunda inşa etmək istərdim. Azərbaycan artıq layiqdir ki, onun təhsil müəssisələri beynəlxalq standartlara cavab versin", - deyə o əlavə edib.
Proqrama əsasən, ilkin treninqlər yalnız diplomatlar üçün nəzərdə tutulacaq, lakin gələcəkdə akademiyaya daha çox insanlar cəlb olunacaq. Həmçinin dünyanın bir çox universitetlərində tətbiq edilən ikiillik ustad dərsləri (master-klasslar) təşkil olunacaq. Rektorun sözlərinə görə, ilkin mərhələdə akademiyanın proqramlarına universiteti bakalavr səviyyəsində bitirmiş məzunlar da cəlb olunacaq.