...

Ümid Partiyası bələdiyyə seçkilərini müşahidə edəcək

Siyasət Materials 20 Sentyabr 2006 17:54 (UTC +04:00)

Müxalifətdəki Ümid Partiyası oktyabrın 6-da yeni, əlavə və təkrar bələdiyyə seçiklərini müşahidə edəcək. Bu barədə Trend ə adıçəkilən partiyadan bildiriblər.

Partiyanın Daimi Seçki Qərargahının sədri Akif Qurbanlı bildirib ki, təkrar bələdiyyə seçkilərinə cəmiyyətin marağı arzuolunan səviyyədə deyil: "Ona görə də partiyamız bu seçkiləri müşahidəsinə daha diqqətlə yanaşacaq . Bir neçə dairədə bizim namizədlərimiz seçki yarışına qatılıb. Çalışacağıq ki, namizədlərimizin qazandıqları səslər komissiyalarda oğurlanmasın. Bu müşahidə ilə həm də hökumətin seçkinin demokratik keçiriləcəyilə bağlı verdiyi vədlərin nə dərəcədə yerinə yetiriləcəyinin şahidi olacağıq".

A.Qurbanlı bildirib ki, Daimi Seçki Qərargahının partiyanın müşahidəçiləri ilə apardığı treninqlərdə təkcə müşahidəçələrin hüquq və vəzifləri deyil, bütövlükdə Seçki Məcəlləsinin tələbləri, o cümlədən dairə və məntəqə komissiya üzvlərinin hüquq və vəzifləri barədə də məlumatlar verilir.

Xatırladaq ki, millət vəkili İ.Ağazadənin sədri olduğu Vətəndaş Birliyi Partiyası 2002-ci ilin noyabrında Ümid Partiyası ilə birləşib. Həmin ilin dekabrında isə qurultay keçirilərək İ.Ağazadə Ümid Partiyasına sədr seçilib. Ümid Partiyası 1993-cü ildə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınıb.

Xəbər lenti

Xəbər lenti