...

Bakı Şəhər İcra Hakimiyyəti Böyük Quruluş Partiyasına qurultay keçirmək üçün yer ayırdı

Siyasət Materials 22 Sentyabr 2006 15:50 (UTC +04:00)

Bakı Şəhər İcra Hakimiyyəti Böyük Quruluş Partiyasının (BQP) qurultay keçirmək üçün yer ayrılması ilə bağlı müracətinə cavab verib. Bu barədə Trend ə BQP-dən məlumat verilib.

Qeyd edək ki, sentyabrın 30-da BQP-nin ikinci qurultayı keçiriləcək. Bununla bağlı partiyanın Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı müraciətində qurultayın keçirilməsi üçün Şəhriyar adına Mədəniyyət Sarayının, yaxud Adil İsgəndərov adına Mədəniyyət Mərkəzinin ayrılması təklf olunub.

Bakı Şəhər İcra Hakimiyyəti Adil İsgəndərov adına Mədəniyyət Mərkəzində qurultay keçirilməsinə razılıq verilib. Partiyaya göndərilmiş cavab məktubunda bildirilib ki, sentyabrın 30-da saat 11.00-dan 18.00-dan həmin mərkəzdə qurultay keçirilə bilər.

Qeyd edək ki, müxalifətyönlü Böyük Quruluş Partiyası 2003-cü ildə yaradılıb. Partiyanın sədri millət vəkili Fazil Qəzənfəroğludur.

Xəbər lenti

Xəbər lenti