Azərbaycanın İsveçrədəki səfiri Elçin Əmirbəyov sentyabrın 28-də Lixtenşteyn Knyazlığının vəliəhdi Ali-Həzrətləri Aloisə etimadnamələrini təqdim edib. Bu barədə Trend ə Azərbaycanın İsveçrədəki səfirliyindən məlumat verilib.
Lixtenşteynin dövlət başçısı və xarici işlər naziri ilə danışıqlarda hər iki ölkə arasında əməkdaşlığın perspektivləri müzakirə olunub və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.