...

Milli Məclis günün ikinci yarısından sonra daha 10 sənəd təsdiqləyib

Siyasət Materials 2 Oktyabr 2006 18:00 (UTC +04:00)

Milli Məclisin oktyabrın 2-də keçirilən payız sessiyasının ilk iclasında daha 10 sənəd təsdiqldənib. Trend xəbər verir ki, sənədlər günün ikinci yarısından sonra müzakirəyə çıxarılıb.

Bu sıraya "Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında" müqavilənin təsdiq edilməsi, Azərbaycan prezidenti İ. Əliyevin və Rusiya prezidenti V.Putinin Birgə Bəyanatının təsdiq edilməsi, "Azərbaycanla Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında" birgə bəyanatın təsdiq edilməsi, "Azərbaycan hökuməti və Yaponiya hökuməti arasında texniki əməkdaşlıq haqqında" sazişin təsdiq edilməsi, "BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında" konvensiyaya qoşulmaq barəsində, "Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında" konvensiyanın təsdiq edilməsi və s. sənədlər daxildir.

Xəbər lenti

Xəbər lenti