Bakı-Tiflis-Ceyhan neft kəməri Türkiyə üçün yeni imkanlar səhifəsi açıb. Bunun sayəsində layihə iştirakçıları enerji məhsulları idxalatçısına və neft-qaz ixracatçısına çevrilib. Trend in Türkiyə KİV-nə istinadən xəbəri verdiyi kimi, bu barədə İstanbulda ölkənin energetika və təbii sərvətlər naziri Hilmi Gülər iqtisadi ekspertlərin suallarını cavablandırarkən bəyan edib.
Onun sözlərinə görə, tezliklə Ankara istədiyinə çatacaq. "Türkiyə "enerji körpüsü" rolunu oynamağı dayandıracaq və "enerji məhsulları" terminalına çevriləcək", - deyə nazir hesab edir.
"Əgər bizə belə strateji mövqeyə malik olmaq nəsib olubsa, bundan faydalanmamaq bağışlanmaz səhv olardı. Nəticədə Ceyhan limanının regional enerji terminalına çevrilməsi ideyası yarandı", - deyə H.Gülər qeyd edib. O vurğulayıb ki, yaxın gələcəkdə Ceyhan limanının rolu daha da artacaq.